Qərbi Azərbaycan üçün “birləşmə çağırışı”: Vahid cəbhə yaradılması istəndi

1 saat əvvəl 1 dəq oxu
Qərbi Azərbaycan üçün “birləşmə çağırışı”: Vahid cəbhə yaradılması istəndi


Qərbi Azərbaycan Müdafiəsi üzrə Birləşmiş Xalq Cəbhəsi yaydığı 2 saylı bəyanatda bölgədəki “həssas və taleyüklü” vəziyyət barədə xəbərdarlıq edərək ümumi birlik çağırışı edib.


ArazNews-un məlumatına görə, bəyanatda davam edən müharibənin siyasi, iqtisadi və sosial nəticələrinə diqqət çəkilib və Qərbi Azərbaycanda ictimai qüvvələrin və elitanın hazır vəziyyətdə olması zəruri sayılıb. Terror qrupları bölgənin əsas təhlükələrindən biri kimi təqdim olunub.


Bəyanatda bütün siyasi qüvvələrə, milli fəallara və təsirli şəxslərə müraciət edilərək, terror təhdidlərinə qarşı geniş və partiyalarüstü koalisiyanın yaradılması istənilib.


Eyni zamanda sənəddə Azərbaycanda yaşayan kürd azlığı ilə türk milləti arasında dinc birgəyaşayışın önəmi vurğulanıb, lakin “Azərbaycanın tarixi torpaqlarına” hər hansı müdaxilənin sərt cavabla qarşılanacağı bildirilib və Qərbi Azərbaycan “bütün Azərbaycanın möhkəm qalası” kimi qiymətləndirilib.