Hesabatlar: ABŞ İrana müharibəni bitirmək üçün 15 maddəlik plan təqdim edib

1 saat əvvəl 1 dəq oxu
 Hesabatlar: ABŞ İrana müharibəni bitirmək üçün 15 maddəlik plan təqdim edib


Beynəlxalq media ABŞ tərəfindən müharibəni sona çatdırmaq üçün bir təklif planının İrana təqdim edildiyini bildirir.


ArazNews-in məlumatına görə, Axios və New York Times kimi media qurumları ABŞ hökumətinin müharibənin bitirilməsi üçün 15 maddədən ibarət planı İrana təqdim etdiyini yazıb.


Bu məlumatlara əsasən, Pakistan bu planı vasitəçi kimi Tehrana çatdırıb.


Bildirilir ki, təklifdə İrandan nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməsi və zənginləşdirilmiş uran ehtiyatlarını Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verməsi tələb olunub.


Eyni zamanda bəzi xəbərlərə görə, İran bu planın bəzi maddələrinə ilkin razılıq verib, lakin Tehranın rəsmi mövqeyi və İsrailin reaksiyası hələlik açıqlanmayıb.


Donald Tramp daha əvvəl İranla danışıqların getdiyini iddia etsə də, İran rəsmiləri bunu təkzib edib.