Türk mənbə: İran və ABŞ arasında danışıqlar Türkiyənin vasitəçiliyi ilə formalaşıb

3 saat əvvəl 1 dəq oxu
Türk mənbə: İran və ABŞ arasında danışıqlar Türkiyənin vasitəçiliyi ilə formalaşıb


ArazNews-un Al-Monitor-a istinadən verdiyi məlumata görə, türk diplomatik mənbə bildirib ki, ABŞ və İran arasında Türkiyənin vasitəçiliyi ilə bir sıra danışıqlar prosesi formalaşıb və davam etdirilir.


Mənbənin sözlərinə görə, Ankara son həftələrdə iki tərəf arasında dolayı təmasların qurulmasında aktiv rol oynayıb və rəsmi danışıqların başlanması üçün zəmin yaratmağa çalışır. Bu çərçivədə Vaşinqton tərəfindən Cey-Di Vens ilə Məhəmmədbaqir Qalibaf arasında görüş keçirilməsi təklifi də irəli sürülüb.


Bu gün axşam saatlarında İran və ABŞ rəsmiləri arasında yaxın günlərdə İslamabadda görüş keçirilməsi ehtimalı ilə bağlı xəbərlər də yayılıb və bu prosesin Türkiyə və bəzi region ölkələrinin iştirakı ilə planlaşdırıldığı bildirilir.


Mənbə vurğulayıb ki, əlaqə kanalları formalaşsa da, danışıqlar hələ ilkin mərhələdədir və İran bəzi təkliflərə hələ rəsmi cavab verməyib.