Dubayda İranla əlaqəli bəzi mərkəzlər bağlandı

3 saat əvvəl 1 dəq oxu
 Dubayda İranla əlaqəli bəzi mərkəzlər bağlandı


ArazNews-un məlumatına görə, Associated Press-ə istinadən, regionda gərginliyin artması və İrana aid olduğu iddia edilən hücumların fonunda Dubayda İranla əlaqəli bəzi mərkəzlər fəaliyyətini dayandırıb.


Məlumata əsasən, 1972-ci ildə yaradılmış Dubay İran Xəstəxanası bağlanıb və onun veb-saytı ilə əlaqə xətləri də əlçatmaz olub. Bu mərkəzin tibbi xidmətlərlə yanaşı bəzi kəşfiyyat fəaliyyətləri ilə də əlaqəli olduğu iddia edilirdi.


Eyni zamanda, BƏƏ rəsmilərindən biri bildirib ki, İranla birbaşa əlaqəli qurumlar ölkə qanunlarından kənar fəaliyyət göstərdikləri üçün bağlanacaq.


Bununla yanaşı, Bərdəbi bölgəsində yerləşən “İranlılar Klubu” da mövcud şərait səbəbilə fəaliyyətini dayandırdığını açıqlayıb.