ArazNews: Benyamin Netanyahu bildirib ki, İsrail İran rejiminin süqutu üçün şərait yaradır, lakin onun sözlərinə görə, bu rejimin süqut edib-etməyəcəyi hələ dəqiq deyil. O əlavə edib ki, hətta İran rejimi qalarsa belə, bu müharibədən sonra xeyli zəifləyəcək.
Netanyahu qeyd edib ki, İran hakimiyyəti bu prosesdə onilliklər ərzində qurduğu sənaye və imkanların bir hissəsini itirəcək və ən zəif nöqtəsinə çatacaq. O həmçinin xəbərdarlıq edib ki, İran eyni yolu yenidən təkrarlayarsa, daha ağır zərbə ilə üzləşəcək.