ArazNews: NetBlocks açıqladı ki, İranda genişmiqyaslı internet kəsintisi 20-ci gününə daxil olub və vətəndaşların beynəlxalq internetə çıxışı 456 saatdan artıqdır ki, məhdudlaşdırılıb.
Yayımlanan məlumatlara görə, bu kəsinti artıq İran tarixində qeydə alınmış ən uzun internet blokadasıdır və yanvar ayındakı etirazlar zamanı tətbiq edilən kəsintini də geridə qoyub.