İsrail ordusu: Tehranda Bəsicə aid 10-dan çox mövqe vuruldu

1 saat əvvəl 1 dəq oxu
İsrail ordusu: Tehranda Bəsicə aid 10-dan çox mövqe vuruldu


ArazNews-un məlumatına görə, İsrail ordusu bildirib ki, Bəsic qüvvələrinin komandiri Qulam Rza Süleymaninin öldürülməsindən sonra İsrail Hərbi Hava Qüvvələri son saatlarda Tehranın müxtəlif bölgələrində Bəsic qüvvələrinə aid 10-dan çox mövqeni hədəf alıb.


Bəyanatda qeyd olunur ki, hücumlar zamanı İranın müxtəlif bölgələrində, xüsusilə Tehranda Sepah Pasdaranı və Bəsicə bağlı yüzlərlə qərargah və komanda-idarəetmə mərkəzi vurulub.


İsrail ordusunun açıqlamasına görə, son həftələrdə Bəsic komandanlıq mərkəzlərinə hücumlardan sonra bu qüvvələr alternativ mövqelərə köçürülüb və daha sonra Tehranın müxtəlif ictimai məkanlarında, o cümlədən stadionlarda yerləşdirilib. Bildirilir ki, həmin mövqelər son hücumlarda hədəf alınıb.


Bəyanatda həmçinin iddia olunur ki, Bəsic qüvvələri son illərdə İran rejiminin təhlükəsizlik strukturunun bir hissəsi olub və daxili etirazların yatırılması ilə təhlükəsizlik əməliyyatlarında rol oynayıb.