Albaniya parlamenti yayımladığı rəsmi bəyanatda İran İnqilab Keşikçiləri Korpusunu (Sepah Pasdaranı) terror təşkilatı kimi tanıdığını açıqlayıb.
ArazNews-un məlumatına görə, bəyanatda İran “dövlət səviyyəsində terrorizmi dəstəkləyən ölkə” kimi təqdim olunub. Albaniya parlamenti sənəddə bildirib ki, İran rejimi xarici siyasət məqsədlərini irəli aparmaq üçün “terror vasitələrindən istifadə edir”.
Bəyanatda qeyd olunub: “Albaniya parlamenti İran İslam Respublikasını terrorizmi dəstəkləyən və öz məqsədləri üçün terror metodlarından istifadə edən ölkə kimi elan edir.”
Tehran ilə Tirana arasında münasibətlər bundan əvvəl də gərgin olub. 2022-ci ildə Albaniya hökuməti İranı dövlət qurumlarına qarşı kibercum həyata keçirməkdə ittiham etmiş və bunun ardından Tehranla diplomatik münasibətləri kəsmişdi.