Laricani islam ölkələrinin Tehranı tək qoyduğunu dedi

1 saat əvvəl 1 dəq oxu
 Laricani islam ölkələrinin Tehranı tək qoyduğunu dedi


ArazNews-un məlumatına görə, Əli Laricani müsəlmanlara və islam ölkələrinin hökumətlərinə ünvanladığı mesajda bildirib ki, İran rejimi danışıqlar zamanı ABŞ və İsrailin hücumuna məruz qalıb və nəticədə bir sıra hərbi komandirlər, mülki şəxslər və hakimiyyətin yüksək səviyyəli fiqurlarından biri öldürülüb. O həmçinin iddia edib ki, İran hakimiyyəti “milli və islam müqaviməti” adlandırdığı gücə arxalanaraq təzyiqlərə qarşı dayanıb və qarşı tərəfi çıxılmaz vəziyyətə salıb.

Laricani daha sonra bir çox islam ölkələrinin susmasını və ya passiv qalmasını tənqid edərək bildirib ki, məhdud hallar istisna olmaqla heç bir müsəlman dövləti İran rejiminin yanında yer almayıb. O bəzi hökumətləri İranın ABŞ və İsrail maraqlarına qarşı həyata keçirdiyi hücumlara etiraz etdiklərinə görə də tənqid edib və iddia edib ki, bu ölkələrin ərazisində yerləşən ABŞ bazaları İrana hücum üçün istifadə olunub.


Laricani sonda islam dünyasının birliyinə çağırış edərək ABŞ-ı etibarsız, İsraili isə müsəlman ölkələrinin düşməni kimi xarakterizə edib.