Reuters: Tramp İranla atəşkəs danışıqlarının başlanması cəhdlərini rədd edib

1 saat əvvəl 1 dəq oxu
 Reuters: Tramp İranla atəşkəs danışıqlarının başlanması cəhdlərini rədd edib


Donald Tramp administrasiyası Yaxın Şərq ölkələrinin İran müharibəsini dayandırmaq üçün diplomatik danışıqlara başlamaq təşəbbüslərini rədd edib. Üç məlumatlı mənbənin sözlərinə görə, Ağ Ev hazırda atəşkəs danışıqlarına başlamaqda maraqlı deyil və İrana qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, iranlı mənbələr bildirib ki, ABŞ və İsrailin hücumları dayandırılmayana qədər Tehran hər hansı atəşkəsi qəbul etməyəcək. Oman və Misir iki tərəf arasında vasitəçilik etməyə çalışsa da, bu təşəbbüslər indiyə qədər nəticə verməyib.


Məlumata əsasən, iki həftə əvvəl ABŞ və İsrailin genişmiqyaslı hücumları ilə başlayan müharibə indiyədək iki mindən çox insanın ölümünə səbəb olub. Eyni zamanda Hörmüz boğazının bağlanması və neft tankerlərinin hərəkətinin böyük ölçüdə dayanması qlobal neft bazarında ciddi pozuntulara səbəb olub.