İran rejiminin xarici işlər naziri Abbas Araqçi qonşu ölkələrdən xarici hərbi qüvvələri öz torpaqlarından çıxarmağı tələb edib.
ArazNews-un məlumatına görə, Araqçi sosial şəbəkə hesabında yazıb ki, ABŞ-ın illərdir təbliğ etdiyi “təhlükəsizlik çətiri” artıq səmərəsiz olduğunu göstərib və Vaşinqton hətta Hörmüz boğazının təhlükəsizliyini qorumaq üçün Çin də daxil olmaqla digər ölkələrdən kömək istəməyə məcbur qalıb.
Bu açıqlama Donald Trampın Truth Social-da paylaşım edərək Fransa, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrin Hörmüz boğazının təhlükəsizliyi üçün bölgəyə hərbi gəmilər göndərməsini arzuladığını bildirməsindən sonra səsləndirilib.
Araqçi əlavə edib ki, İran “qonşu qardaş ölkələrdən” xarici müdaxiləçi qüvvələri öz ərazilərindən çıxarmağı istəyir və iddia edib ki, bu qüvvələrin əsas məqsədi İsraili müdafiə etməkdir.