Təbrizdə yaşayış binasına hava hücumu; “Hanzala” qrupunun üzvlərinin evi olduğu iddia edilir
2 saat əvvəl
•
1 dəq oxu
Bu səhər Təbriz şəhərində bir yaşayış binasına ABŞ və İsrail qırıcılarının hava hücumu etdiyi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, hücum şəhərin yaşayış məntəqələrindən birində yerləşən mənzilə dəyib və binaya ciddi ziyan vurub.
Bəzi mənbələr iddia edir ki, vurulan mənzil “Hanzala” adlı haker qrupunun rəhbərlərindən birinə məxsus olub. Bu qrup daha əvvəl ABŞ və İsrail tərəfindən terror təşkilatı kimi tanınıb.