Təbadül hücumları Yaxın Şərq müharibəsində davam edir; İran hücumların şiddətlənməsi ilə eyni vaxtda daxili müxalifləri təhdid etdi.

1 saat əvvəl 1 dəq oxu
Təbadül hücumları Yaxın Şərq müharibəsində davam edir; İran hücumların şiddətlənməsi ilə eyni vaxtda daxili müxalifləri təhdid etdi.


İran, ABŞ və İsrail arasında davam edən müharibə on ikinci gününə daxil olduğu bir vaxtda Yaxın Şərqin müxtəlif bölgələrində hava və raket hücumları davam edir.

ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, son qarşıdurmalar zamanı İran, ABŞ və İsrail yenidən İsrail, Livan və körfəz ölkələrində bəzi hədəflərə zərbələr endirib. Eyni zamanda SEPAH bildirib ki, ABŞ və İsrail hücumları davam edərsə, Xələc bölgəsindən neft daşınmasının dayandırılması ehtimalı var.


Bu arada məlumatlara görə, İranın raket hücumlarından sonra İsraildə milyonlarla insan sığınacaqlara enib. Paralel olaraq İsrailin hava hücumları da Livan və İran daxilində müxtəlif hədəfləri vurub.


İran daxilində isə təhlükəsizlik orqanları hər hansı etiraz və ya toplaşmalara qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb. İran polisinin rəhbəri bildirib ki, təhlükəsizlik qüvvələri “atəş açmağa hazırdır” və onun sözlərinə görə, “düşmənlərin çağırışı ilə küçəyə çıxan” hər kəs düşmən kimi qarşılanacaq