İsrail ordusu: 1900-dən çox İran hərbçisi və komandiri öldürülüb

2 saat əvvəl 1 dəq oxu
İsrail ordusu: 1900-dən çox İran hərbçisi və komandiri öldürülüb


İsrail ordusu yayımladığı açıqlamada son hücumlar zamanı İran İslam Respublikasına bağlı 1900-dən çox hərbçi və komandirin öldürüldüyünü, minlərlə nəfərin isə yaralandığını bildirib.

Bəyanatda qeyd olunub ki, İranın hərbi infrastrukturu və hərbi strukturlarına qarşı əməliyyatlar davam edir və növbəti mərhələlərdə daha çox hədəf vurulacaq.

İsrail ordusu həmçinin bildirib ki, İranın hərbi sisteminin müxtəlif səviyyələrinə zərbə vurmaq məqsədilə hücumların miqyası və dərinliyi artırılacaq.