Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, bölgədəki son hadisələr fonunda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini gücləndirmək məqsədilə 6 F-16 qırıcı və hava hücumundan müdafiə sistemləri adaya göndərilib.
Araz News-un məlumatına görə, nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini artırmaq üçün mərhələli plan çərçivəsində bu gündən etibarən 6 F-16 təyyarəsi və hava müdafiə sistemləri bölgədə yerləşdirilib.
Bəyanatda vurğulanıb ki, bu addım bölgədə baş verən son hadisələr nəzərə alınaraq atılıb və Şimali Kiprin təhlükəsizliyini gücləndirməyə yönəlib.
Türkiyə Milli Müdafiə Nazirliyi həmçinin bildirib ki, gələcəkdə yaranacaq ehtiyac və inkişaf edən vəziyyətə uyğun olaraq əlavə tədbirlər də görülə bilər.