İran’da liderlik dəyişdi: Məclis-i Xubrəgan Muctəba Xameneini üçüncü lider kimi elan etdi

13 saat əvvəl 1 dəq oxu
 İran’da liderlik dəyişdi: Məclis-i Xubrəgan Muctəba Xameneini üçüncü lider kimi elan etdi


Əli Xameneinin öldürülməsindən sonra keçirilən fövqəladə iclasın ardınca İranın Məclis-i Xubrəganı yaydığı bəyanatda Muctəba Xameneinin səs çoxluğu ilə İranın üçüncü lideri kimi seçildiyini və elan olunduğunu bildirdi.


Bəyanata görə, yeni liderin müəyyən edilməsi üçün keçirilən fövqəladə iclasda Məclis üzvlərinin səsverməsi nəticəsində əvvəlki liderin oğlu Muctəba Xamenei ölkənin yeni lideri kimi təqdim edildi. Bu qərar uzun illərdir hakimiyyətin ona ötürülə biləcəyi ilə bağlı müzakirələrin aparıldığı bir dövrdə verildi.


Keçmiş liderin oğlunun yeni lider kimi seçilməsi bir çox müşahidəçilər tərəfindən hakimiyyətin faktiki olaraq ailə daxilində ötürülməsi kimi qiymətləndirilir və bu qərar ciddi tənqidlərə səbəb olub. Tənqidçilər bildirir ki, xalqın birbaşa səsvermə imkanı olmadan hakimiyyətin atadan oğula keçməsi siyasi seçki mexanizmindən çox, monarxiya tipli irsi idarəetməni xatırladır.