ABŞ-ın müdafiə naziri Pit Hegset bildirib ki, müharibə davam edərsə Vaşinqton İran əleyhinə hərbi əməliyyatların miqyasını genişləndirə bilər.
Araz News-un məlumatına görə, Hegset NBC telekanalına müsahibəsində ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının davam etdiyini və plan üzrə irəlilədiyini deyib. O bildirib ki, elə bir mərhələ gələ bilər ki, İran artıq hərbi qarşıdurmanı davam etdirmək imkanını itirsin və müharibənin bitməsi üçün şərtləri qəbul etməyə məcbur qalsın.
ABŞ-ın müdafiə naziri vurğulayıb ki, müharibənin bitməsi ilə bağlı şərtləri ABŞ prezidenti Donald Tramp müəyyən edəcək. O əlavə edib ki, Vaşinqton hərbi əməliyyatların miqyası barədə bütün detalları açıqlamayacaq.
Hegset eyni zamanda İrana quru qoşunlarının göndərilməsi ehtimalını da tam istisna etməyib və ABŞ-ın məqsədlərinə çatmaq üçün əlavə addımlar atmağa hazır olduğunu bildirib.