Ekspertlər Məclisi 24 saat ərzində yeni rəhbəri seçmək üçün toplaşa bilər
Ekspertlər Məclisinin üzvü Ayətullah Müzəffəri bildirib ki, İran İslam Respublikasının yeni rəhbərinin seçilməsi üçün bu qurumun iclası yaxın 24 saat ərzində keçirilə bilər.
Onun sözlərinə görə, Ekspertlər Məclisinin üzvləri yeni rəhbərin və Əli Xameneinin varisinin seçilməsi üçün iclasın keçirilməsi və müzakirələrin başlanmasını “səbrsizliklə gözləyirlər” ki, “tarixi və taleyüklü vəzifələrini yerinə yetirə bilsinlər”. Bununla belə, o vurğulayıb ki, hələlik heç bir rəsmi iclas keçirilməyib və heç bir seçim də baş tutmayıb.
Bu açıqlama ABŞ prezidenti Donald Trampın CNN telekanalına verdiyi müsahibədən sonra səsləndirilib. Tramp bildirib ki, İranda yenidən bir “dini liderin” hakimiyyətə gəlməsinə etiraz etmir və ölkənin gələcək rəhbərinin “mütləq demokratik olması lazım deyil”, lakin onun ABŞ, İsrail və region ölkələri ilə “düzgün davranması” vacibdir.
Tramp bundan əvvəl Axios-a verdiyi müsahibədə isə İranın gələcək rəhbərinin seçilməsi prosesində rol oynamalı olduğunu demiş və öldürülmüş lider Əli Xameneinin oğlu Müctəba Xameneini “qəbul edilməz namizəd” adlandırmışdı.