İsrail ordusu: Tehran Mehrabad hava limanında Sepaha məxsus 16 təyyarə məhv edilib

10 saat əvvəl 1 dəq oxu
İsrail ordusu: Tehran Mehrabad hava limanında Sepaha məxsus 16 təyyarə məhv edilib


İsrail ordusu İran əleyhinə davam edən hərbi əməliyyatlar çərçivəsində ölkənin hava qüvvələrinin Tehrandakı Mehrabad hava limanına zərbə endirdiyini və SEPAH-ın Qüds qüvvələrinə aid 16 təyyarənin məhv edildiyini açıqlayıb.


ArazNews-un Yedioth Ahronoth-a istinadən verdiyi məlumata görə, İsrail ordusu bu təyyarələrin bölgədə İranın müttəfiq qruplarına, o cümlədən Hizbullaha silah və maliyyə vəsaiti daşınması üçün istifadə edildiyini bildirib. Ordunun bəyanatında Mehrabad hava limanının Yaxın Şərqdə İranın dəstəklədiyi qruplara avadanlıq və dəstək ötürülməsinin əsas mərkəzlərindən biri olduğu qeyd olunub.


İsrail ordusu həmçinin bildirib ki, ölkənin 80-dən çox döyüş təyyarəsi Tehran və İranın digər bölgələrində raket anbarları, raket buraxılış infrastrukturu və SEPAH-a bağlı bir hərbi universitet də daxil olmaqla müxtəlif hədəflərə zərbələr endirib.