Trampdan :«Xamenei öldürüldü, İranın bombalanması davam edəcək»

2 saat əvvəl 1 dəq oxu
 Trampdan :«Xamenei öldürüldü, İranın bombalanması davam edəcək»


ABŞ-ın 47-ci prezidenti Donald Tramp Truth Social şəbəkəsində paylaşım edərək Əli Xameneinin öldürüldüyünü iddia etdi və bunu “İran xalqının ölkəni geri almaq üçün ən böyük fürsət adlandırdı.


ArazNews-un məlumatına görə, Tramp yazdı ki, Xamenei “ABŞ-ın qabaqcıl kəşfiyyat və izləmə sistemlərindən qaça bilmədi” və əməliyyatın İsraillə sıx əməkdaşlıqla həyata keçirildiyini iddia etdi. O həmçinin bildirdi ki, Sepah,ordu və təhlükəsizlik qüvvələrinin bir hissəsi artıq müharibə istəmir və “toxunulmazlıq” axtarır.


Tramp “ağır və dəqiq” bombardmanların davam edəcəyini vurğuladı və bu hücumların “Yaxın Şərq və dünyada sülh” əldə olunana qədər dayanmayacağını bildirdi.