Tramp Xameneinin öldürülməsi barədə: «Bu xəbərin doğru olduğunu hiss edirik»

2 saat əvvəl 1 dəq oxu
Tramp Xameneinin öldürülməsi barədə: «Bu xəbərin doğru olduğunu hiss edirik»


Donald Tramp NBC News-a verdiyi müsahibədə bu günkü hava hücumlarında Əli Xameneinin öldürülməsi barədə yayılan xəbərlərlə bağlı belə dedi: «Bu xəbərin doğru olduğunu hiss edirik.»


ABŞ prezidenti əlavə etdi ki, İranın yüksək səviyyəli rəhbərlərinin «çoxu artıq yoxdur» və «bütün qərarları verən insanların əksəriyyəti artıq səhnədə deyil». O, İrana qarşı bu gün həyata keçirilən hərbi hücumları «indidən uğurlu» adlandırdı və «çox böyük zərər vurduq, bunun bərpası illər çəkəcək» dedi.


Tramp həmçinin İran rəhbərliyinin «böyük hissəsinin» bu hücumlarda öldürüldüyünü söylədi və dəqiq rəqəm açıqlamadan «iki nəfəri nəzərdə tutmuram» ifadəsini işlətdi. Xameneinin mümkün varisi barədə isə «bilmirəm, amma sonda mənə zəng edib kimə üstünlük verdiyimi soruşacaqlar» dedi və əlavə etdi: «Bunu deyəndə bir az zarafat edirəm.»