Məcid Cavadı Araz: Əli Xameneinin öldürülməsi xəbəri İran tarixində yeni mərhələnin başlanğıcıdır
2 saat əvvəl
•
1 dəq oxu
İran İslam Respublikasının liderinin öldürülməsi ilə bağlı xəbərlərin yayılmasından sonra, Azərbaycan Milli Dirəniş Təşkilatının (Dirəniş) sözçüsü Məcid Cavadı Araz sosial şəbəkə X hesabında paylaşım edib. O yazıb: «Azərbaycan və İranın digər bölgələrində yaşayan türk milləti; görünür Xamenei öldürülüb. Şübhəsiz, İran tarixində yeni və kritik mərhələ başlayıb.»
Dirəniş sözçüsü bildirib: «Bu yeni mərhələ millətimizin istismardan qurtuluşu və hüquqlarının bərpası üçün bir mərhələ olmalıdır.»
Cavadı bu həssas dövrdə ayıq-sayıq olmağın vacibliyini vurğulayaraq əlavə edib: «Əməl günü gəlib çatıb. Milli Azərbaycan mediasını izləyin.»