İran parlamentinin təhlükəsizlik komissiyası sədrindən təhdid mesajı – İncirlik bazasına işarə

1 saat əvvəl 1 dəq oxu
 İran parlamentinin təhlükəsizlik komissiyası sədrindən təhdid mesajı – İncirlik bazasına işarə


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi sosial media platforması X-də paylaşım edərək regiondakı gərginliklə bağlı təhdid xarakterli açıqlama verib. O yazıb: “Bunlar regionda bizim izlərimizdir. Biz xəbərdarlıq etmişdik ki, bu müharibə region səviyyəsinə yayılacaq.”


Paylaşımda ABŞ-ın Yaxın Şərq və ətraf regionlarda yerləşən hərbi bazalarını göstərən xəritə də yer alıb. Xəritədə müxtəlif ölkələrdəki ABŞ bazaları ilə yanaşı Türkiyədə yerləşən İncirlik hava bazası da xüsusi olaraq göstərilib.


Bu paylaşım regionda artan hərbi gərginlik fonunda İran rəsmilərinin mesajlarının daha sərt ton aldığını göstərir və münaqişənin coğrafiyasının genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırır.