Pastor bölgəsinə edilən hücumlarda Mir Hüseyn Musəvi və Zəhra Rəhnavərdin ev dustaqlığında saxlandığı binaya ziyan dəyib
2 saat əvvəl
•
1 dəq oxu
Tehranın pastor bölgəsinə (dövlət binalarının yerləşdiyi məhəllə) edilən hücumlar nəticəsində Mir Hüseyn Musəvi və Zəhra Rəhnavərdin ev dustaqlığında saxlandığı binanın da zərər gördüyü, binanın bütün qapı və pəncərələrinin dağıldığı bildirilir.
Araz News-un "Emtedad" media qurumuna istinadən verdiyi məlumata görə, saxlanma yerinə dəyən ciddi ziyana baxmayaraq, Mir Hüseyn Musəvi və Zəhra Rəhnavərdin səhhəti yaxşıdır. Bəzi mənbələr bu iki siyasi simanın başqa bir yerə köçürülməsi ehtimalı barədə məlumat yayıblar.
Onların hazırkı vəziyyəti və ya hara köçürüldükləri barədə hələlik əlavə təfərrüat açıqlanmayıb və rəsmi hesabatlar gözlənilir.