"Araz News Radiosu" tezliklə FM dalğasında yayıma başlayır

2 saat əvvəl 1 dəq oxu
"Araz News Radiosu" tezliklə FM dalğasında yayıma başlayır


Hörmətli izləyicilərin nəzərinə çatdırılır ki, "Araz News Radiosu" tezliklə FM dalğasında yayıma başlayacaq. İnternetin hər hansı formada məhdudlaşdırılması və ya kəsilməsi halında, "Araz News"-un proqramlarını FM radioları vasitəsilə izləyə bilərsiniz.

Əziz izləyicilərimizdən xahiş olunur ki, internetin kəsildiyi şəraitdə xəbərləri və "Araz News" proqramlarını qəbul edə bilmək üçün avtomobillərində və evlərində FM radiolarını hazır vəziyyətdə saxlasınlar. Əgər radionuz yoxdursa, FM diapazonuna malik bir radio cihazı əldə etməyiniz və əlinizin altında saxlamanız tövsiyə olunur.

Yayımın dəqiq başlama vaxtı və müvafiq tezliklər barədə əlavə məlumat yaxın vaxtlarda açıqlanacaq.

Azərbaycan və İrandakı hadisələrdən xəbərdar olmaq üçün "Araz News" ilə qalın.