Tehran: ABŞ-la müvəqqəti razılaşma iddiaları təsdiqlənmir

2 saat əvvəl 1 dəq oxu
Tehran: ABŞ-la müvəqqəti razılaşma iddiaları təsdiqlənmir


İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran və Vaşinqton arasında müvəqqəti razılaşma əldə olunduğu barədə xəbərləri rədd edib və danışıqların məzmunu ilə bağlı heç bir fərziyyənin təsdiqlənmədiyini bildirib.

Araz News-un məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran və Vaşinqton arasında müvəqqəti razılaşma əldə olunması barədə xəbərləri təkzib edib və danışıqların məzmunu ilə bağlı yayılan iddiaların təsdiqlənmədiyini bildirib.

Bəqayi qeyd edib ki, danışıqların gedişi və məzmunu barədə fərziyyələrin yayılması “qeyri-adi deyil”, lakin bu iddiaların heç biri rəsmi olaraq təsdiq olunmur. Onun sözlərinə görə, istənilən danışıqların detalları yalnız danışıqlar masasında müzakirə edilir və mümkün mətnlərin hazırlanması tərəflərin birgə işi nəticəsində formalaşır.

Sözçü əlavə edib ki, Tehranın sanksiyaların ləğvi və nüvə məsələləri ilə bağlı mövqeyi aydındır və hər iki tərəfdə siyasi iradə və ciddi yanaşma olarsa, nəticə əldə etmək mümkündür. O, yaxın iki-üç gün ərzində danışıqların yeni mərhələsinin keçiriləcəyinə ümid etdiyini bildirib.