İran və Rusiya Oman dənizində birgə hərbi-dəniz təlimi keçirəcək

1 saat əvvəl 1 dəq oxu
İran və Rusiya Oman dənizində birgə hərbi-dəniz təlimi keçirəcək


İranın hərbi rəsmiləri Oman dənizi və Hind okeanının şimal sularında Rusiyanın iştirakı ilə birgə hərbi-dəniz təliminin keçiriləcəyini açıqlayıb.


Araz News-un Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təlimin sözçüsü admiral Məqsudlu bildirib ki, İran və Rusiya donanmaları sabah Oman dənizi və Hind okeanının şimal bölgəsində ortaq təlim keçirəcək.


Onun sözlərinə görə, təlimin əsas məqsədi dəniz nəqliyyatının təhlükəsizliyini artırmaq və strateji dəniz marşrutlarında əməliyyat və davamlı qarşılıqlı fəaliyyəti gücləndirməkdir.