Xamenei Trampa müraciətlə: Sən də İslam Respublikasını aradan qaldıra bilməzsən

2 saat əvvəl 1 dəq oxu
Xamenei Trampa müraciətlə: Sən də İslam Respublikasını aradan qaldıra bilməzsən


İslam Respublikasının lideri ABŞ prezidentinin son təhdidlərinə cavab olaraq çıxış edib. O, bölgədə Amerika hərbi gəmilərinin yerləşdirilməsinə toxunaraq bildirib ki, “dünyanın ən güclü ordusu belə bəzən sarsıdıcı zərbə ala bilər” və Vaşinqtonun İslam Respublikasını aradan qaldıra bilməyəcəyini vurğulayıb.

Araz News-un İranın rəsmi İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Əli Xamenei bu gün Şərqi Azərbaycan əhalisi ilə görüşdə ABŞ prezidentinin son açıqlamalarına cavab olaraq deyib: “Dünyanın ən güclü ordusu belə bəzən sarsıdıcı zərbə ala bilər.” O, bölgəyə ABŞ hərbi gəmilərinin göndərilməsinə işarə edərək əlavə edib: “Təyyarədaşıyan gəmi təhlükəlidir, amma ondan daha təhlükəlisi onu dənizin dibinə göndərə bilən silahdır.”

Xamenei ABŞ prezidentinin son 47 ildə Vaşinqtonun İslam Respublikasını aradan qaldıra bilmədiyini deməsinə də toxunaraq bunun “doğru etiraf” olduğunu bildirib və əlavə edib: “Sən də bunu edə bilməyəcəksən.”

Bu açıqlamalar Tehran və Vaşinqton arasında ikinci mərhələyə daxil olan nüvə danışıqları fonunda, bölgədə ABŞ hərbi varlığının artdığı bir vaxtda səsləndirilib.