İranın Baş prokuroru Trampın etirazçıların edamının dayandırılması ilə bağlı iddiasını təkzib etdi

1 saat əvvəl 1 dəq oxu
İranın Baş prokuroru Trampın etirazçıların edamının dayandırılması ilə bağlı iddiasını təkzib etdi


İranın Baş prokuroru Donald Trampın İranda 800-dən çox etirazçının edamının qarşısının alınması ilə bağlı iddiasını rədd edərək, bunu əsassız adlandırıb.

"Araz News"un "Xəbər Online"a istinadən verdiyi məlumata görə; İranın Baş prokuroru Məhəmməd Mövəhhidi Azad cümə günü ABŞ prezidentinin İranda 800-dən çox insanın edam edilməsinin qarşısının alınması barədəki iddiasının "tamamilə yalan" olduğunu bəyan edib. O bildirib ki, nə belə bir statistika mövcuddur, nə də Məhkəmə Sisteminin bu barədə hər hansı qərarı olub.

Məhkəmə Sisteminin müstəqilliyini vurğulayan Baş prokuror əlavə edib ki, bu qurum "əcnəbilərdən göstəriş almır" və xarici təzyiq altında hərəkət etmir.

Donald Tramp daha əvvəl bir neçə dəfə İslam Respublikasının saxlanılan yüzlərlə etirazçını edam etmək niyyətində olduğunu və onun xəbərdarlıqlarının bu hökmləri dayandırdığını bildirmişdi; lakin İranın məhkəmə rəsmiləri bu iddiaları qəti şəkildə təkzib edirlər.