Türkiyənin "GZT" kanalı: İranda rejim dəyişikliyi baş verəcəyi təqdirdə, Türkiyə gələcək İran üçün Pəhləvi variantını heç bir vəchlə qəbul etməyəcək.
4 saat əvvəl
•
1 dəq oxu
Belə bir vəziyyətdə Türkiyə yenə də İranın ərazi bütövlüyünün qorunmasına, ölkədə xaos və qeyri-sabitliyin qarşısının alınmasına sadiq qalacaq. Digər tərəfdən, Türkiyə İran türkləri ilə əməkdaşlığa üstünlük verəcək; çünki türklər İran tarixində həlledici rol oynayıblar və hazırda da İran əhalisinin böyük bir hissəsini təşkil edirlər. Türkiyə hətta Qacarlar sülaləsindən olan bir şəxslə əməkdaşlığı da nəzərdən keçirə bilər.