Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian yanvarın 22-də telefon danışığı apararaq Türkiyə–İran münasibətlərini və bölgədəki son prosesləri müzakirə ediblər.
Məlumatı ArazNews Türkiyə mediasına istinadla yayıb. Bildirilir ki, Ərdoğan danışıq zamanı Ankaranın İranda baş verən prosesləri və etirazları yaxından izlədiyini deyib, Türkiyənin İranın sabitliyi və sakitliyi məsələsinə önəm verdiyini vurğulayıb. O, həmçinin Türkiyənin İrana yönəlik xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını bildirib.
Türkiyə prezidenti əlavə edib ki, məsələlərin siyasi yollarla həlli və bölgədə gərginliyin artmasının qarşısının alınması həm Türkiyənin maraqlarına uyğundur. Onun sözlərinə görə, Ankara ətraf regionda gərginliyin azaldılmasını və sabitliyin qorunmasını istəyir.