Araz News Media Qrupunun Bildirişi
“Araz News Radiosu”nun internet üzərindən yayımı bu gündən başlayır.
Araz News-un bütün dəyərli izləyicilərinə bildiririk ki, bu gündən etibarən Araz News Radiosunun internet yayımı, yenilənmiş Araz News Media Qrupunun veb-saytı (www.araznews.org) vasitəsilə fəaliyyətə başlayır.
Bu gündən etibarən Araz News Radiosunun proqramları hər axşam İran saatı ilə 21:00-da yayımlanacaq və xəbərlər–analiz bülletenləri ilə yanaşı gündəlik proqramları da əhatə edəcəkdir. Həmin proqramlar növbəti gün saat 08:00-da və 14:00-da təkrar yayına veriləcək, gün ərzində isə proqramlararası fasilələrdə müxtəlif musiqilər səsləndiriləcəkdir.
Həmçinin Araz News Radiosunun proqramları, əvvəlki kimi, Araz News-un sosial media hesabları (Telegram, YouTube, Instagram və X) vasitəsilə də əlçatan olacaqdır.
Hazırda Araz News Radiosunun sınaq yayımı Azərbaycan Türkcəsində hazırlanan xəbər–analiz bülleteni və bir gündəlik proqramla başlamışdır və yaxın zamanda proqramların sayı və müxtəlifliyi artırılacaqdır.
Bu media qurumu «Araz News — çoxsəsliliyin səsi» şüarı ilə, İran cəmiyyətinin müxtəlif və çoxqatlı gerçəkliklərini əks etdirmək, ictimai dialoqu gücləndirmək, eləcə də Azərbaycan və İranda zülm altında yaşayan millətlərə dair xəbərləri və analizləri təqdim etmək istiqamətində yeni bir addım atır.
Bizimlə qalın.