bazar, 29 noyabr 2026
İran

İslam Respublikası ordusunun Quru Qoşunları komandanının müavini Nozər Nemati: Diplomatiyanı gözləməyəcəyik, blokadanı yarmaq üçün hərbi plan hazırdır

İslam Respublikası ordusunun Quru Qoşunları komandanının müavini Nozər Nemati: Diplomatiyanı gözləməyəcəyik, blokadanı yarmaq üçün hərbi plan hazırdır

İslam Respublikasının ordusu yeni təhdid səsləndirib: İranın dəniz blokadasını hərbi güc yolu ilə yarmaq. Ordunun Quru Qoşunları komandanının müavini Nozər Nemati bazar günü, noyabrın 29-da bunun üçün hərbi planların hazır olduğunu və əmr verilən kimi icra ediləcəyini iddia edib.

Nematinin sözlərinə görə, diplomatik proses davam edir, lakin hərbçilər onun nəticəsini gözləyə bilməzlər və əmr verilərsə, «nəzərdə tutulmuş planları» həyata keçirəcəklər. O, həmçinin İslam Respublikasının uzunmüddətli blokadanı qəbul etmədiyini vurğulayıb.

Bu təhdidlə eyni vaxtda Tehranın azad bazarında dolların məzənnəsi 304 min tümənə çatıb. Yük maşını sürücülərinin yanacaq böhranına və aşağı daşıma haqlarına etiraz olaraq keçirdiyi tətil səkkizinci gününə qədəm qoyub və ən azı 30 şəhəri əhatə edib. İran Ticarət Palatasının Nəqliyyat Komissiyasının sədri Rza Rüstəmi də Bazərgan sərhəd keçidində təxminən 8 min 900 İran yük maşınının dayanıb qaldığını bildirib.

Bu xəbəri paylaşın