İslam Respublikası parlamentinin sədri ABŞ ilə istənilən danışığı və yeni addımı Tehranın yeddi şərtinin yerinə yetirilməsinə bağlayıb. Məhəmmədbağır Qalibaf çərşənbə axşamı, noyabrın 24-də (3 azar) parlamentin açıq iclasında bildirib ki, bu şərtlər reallaşmadan «heç bir addım və ya danışıq» olmayacaq.
Bu mövqe ABŞ prezidenti Donald Trampın və bu ölkənin maliyyə nazirinin son açıqlamalarına reaksiya olaraq səsləndirilib. Qalibaf «Bizim sözümüz əvvəllər dediyimiz sözdür» deyərək İslam Respublikasının mövqeyini «aydın və dəyişməz» adlandırıb.
Parlament sədri daha sonra ABŞ-ı xəbərdar edib və iddia edib ki, İslam Respublikası Vaşinqtonun addımlarına qarşı «qətiyyətli cavab» verməyə hazırdır. O, qarşı tərəfin «səhvi» adlandırdığı hal baş verərsə, «döyüş coğrafiyasının» dəyişəcəyi ilə hədələyib.