İran Quşçuluq Federasiyasının baş katibi Fərzad Talakeşin sözlərinə görə, bir qutu yumurta üçün 700-750 min tümən qiymət «məntiqlidir». O, bir kiloqram toyuq ətinin məntiqli qiymətinin də təxminən 400-430 min tümən olduğunu bildirib.
Yumurta və toyuq əti İran ailələrinin heyvan mənşəli zülal əldə etdiyi əsas mənbələrdəndir, lakin toyuq ətinə tələbat kəskin şəkildə azalıb. Talakeş qeyd edib ki, toyuq əti istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faizdən çox azalıb. Yəni əvvəllər istehlak olunan hər dörd kiloqram toyuq ətindən indi ən azı bir kiloqramı süfrələrə çatmır.