çərşənbə, 18 noyabr 2026
Bölgə

Fidan suriyalı həmkarı ilə mətbuat konfransında: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu ay Məkkə müdafiə paktını müzakirə edəcək

Fidan suriyalı həmkarı ilə mətbuat konfransında: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu ay Məkkə müdafiə paktını müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmilərinin bu ayın sonlarında «Məkkə Birgə Müdafiə Paktı» ilə bağlı danışıqların yeni raundunu keçirəcəyini açıqlayıb.

Fidan bu danışıqlar barədə çərşənbə axşamı Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani ilə birgə mətbuat konfransında məlumat verib. Onun sözlərini Middle East Eye nəşri xəbər verib.

Türkiyənin xarici işlər naziri noyabr ayında keçiriləcək daha bir görüş barədə də məlumat verib. Bu görüşdə Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı rəsmiləri Almaniya, Fransa, Böyük Britaniya və İtaliyadan olan həmkarları ilə bir araya gələcəklər.

Fidanın sözlərinə görə, bu, həmin səkkiz ölkənin ikinci birgə görüşü olacaq.

Bu xəbəri paylaşın