Yaponiya enerji təchizatının təhlükəsizliyi ilə bağlı artan narahatlıqlara cavab olaraq neftin saxlanılması və fövqəladə ehtiyatlardan istifadə üçün ortaq Asiya mexanizminin yaradılmasını təklif edib.
"The Guardian" nəşrinin ASEAN sammitindən canlı yayımına istinadən xəbər verilir ki, Yaponiyanın baş naziri Sanae Takaiçi noyabrın 17-də, çərşənbə axşamı Asiya ölkələrinə mümkün neft böhranlarının idarə olunması üçün birgə işçi qrupu yaratmağı təklif edib.
Bu plana əsasən, regionun ölkələri Yaponiyanın neft anbarlarının istifadə olunmayan imkanlarından yararlana və fövqəladə vəziyyətlərdə neft ehtiyatlarının bazara çıxarılmasını əlaqələndirə bilərlər.
Takaiçi həmçinin Yaxın Şərqin neft hasil edən ölkələri ilə Asiya istehlakçıları arasında əməkdaşlığın gücləndirilməsinə çağırıb.
Bu təklif Yaxın Şərqdəki müharibənin və enerji daşınma marşrutlarındakı fasilələrin Asiya ölkələrinin neft təhlükəsizliyi ilə bağlı narahatlıq yaratdığı bir vaxtda irəli sürülüb.