İran İslam Şurası Məclisinin İqtisadi Komissiyasının üzvü Hadi Məhəmmədpur sosial-iqtisadi böhranın dərinləşməsi barədə xəbərdarlıq edərək bildirib ki, İran iqtisadiyyatı hələ 270 min tümənlik dollardan qaynaqlanan inflyasiyanın əsas dalğasına daxil olmayıb və əsas malların qiymətləri daha da arta bilər.
İLNA agentliyinin xəbərinə görə, Məhəmmədpur İslam Respublikası hökumətinin valyuta siyasətini tənqid edərək deyib ki, inflyasiya 80 faizə çatıb, xalqın alıcılıq qabiliyyəti kəskin şəkildə azalıb və hökumətin bahalaşmanın qarşısını almaq üçün aydın planı yoxdur.
O vurğulayıb ki, hökumət əsas malların idxalı üçün valyuta təmin edə bilməsə, qiymətlərin daha kəskin artımı qaçılmaz olacaq.
Deputat həmçinin elektron ərzaq kuponu layihəsini yalnız «müvəqqəti ağrıkəsici» kimi xarakterizə edib və bəzi gəlir təbəqələri üçün kupon məbləğinin artırılması ilə bağlı qeyri-müəyyənliyin olduğunu bildirib.