Axios-un məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampdan oktyabrın 27-də, çərşənbə axşamı keçiriləcək seçkidən əvvəl ona daha açıq dəstək verməsini istəyib. Amerikalı və israilli mənbələr nəşrə bildiriblər ki, Netanyahu üç gün ərzində Trampla iki dəfə danışıb.
İsrailin baş naziri Trampın yeni dəstək açıqlamaları üçün təklif etdiyi mətni də göndərib. O, ABŞ prezidentinin israilli jurnalistlərlə birbaşa danışmasını təklif edib. Amerikalı mənbələrdən biri bildirib ki, Ağ Ev bu məsləhətləşmələri «çarəsizlik əlaməti» kimi qiymətləndirir.