ArazNews
Ana Səhifə / İran / Dollar 273 min tüməni keçdi, sikkənin qiyməti 275 milyon tümən həddini aşdı
İran

Dollar 273 min tüməni keçdi, sikkənin qiyməti 275 milyon tümən həddini aşdı

Dollar 273 min tüməni keçdi, sikkənin qiyməti 275 milyon tümən həddini aşdı

İranın sərbəst bazarında ABŞ dolları kəskin bahalaşaraq 273 min tümən həddini keçib. Bu sıçrayış cümə axşamı, 30 mehr (22 oktyabr) tarixində baş verib. Qiymətlər artmaqda davam edir, valyuta bazarında isə gərginlik səngimir.

Dolların məzənnəsinin artımı digər xarici valyutalara da təsir edib. Sərbəst bazarda 1 avro təxminən 307 min tümənə çatıb, Britaniya funt sterlinqi isə 366 min tümən həddini keçib.

Bahalaşma dalğası qızıl və sikkə bazarına da yayılıb. Cümə axşamı aparılan əməliyyatlarda yeni nümunəli tam "Bəhar-e Azadi" sikkəsinin bir ədədinin qiyməti 275 milyon tüməni ötüb.