Bəluc silahlıları bu gün Mehrestan şəhristanında Əfzəl Bəsic məntəqəsinin komandiri Əfsanə Əqilanı atəşə tutaraq öldürüblər. Əqila Zabol sakini olub və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qüvvələrdən idi.
Bundan əvvəl FARACA-nın (İran polisi) mədəni-sosial işlər üzrə müavini, polkovnik-leytenant Nüsrət İftixari də bəluc qüvvələri tərəfindən öldürülmüşdü.
Başqa bir hücumda isə bəluc silahlıları Zahidanın Nüsrətabad ərazisində xüsusi təyinatlı bölmənin əməkdaşı Abbas Ağayini öldürüblər.