ArazNews
Ana Səhifə / İran / Bəlucistanda silahlı toqquşmalar davam edir: Mehrestanda hərbçilərin avtomobilinə hücum edilib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
İran

Bəlucistanda silahlı toqquşmalar davam edir: Mehrestanda hərbçilərin avtomobilinə hücum edilib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bəlucistanda silahlı toqquşmalar davam edir: Mehrestanda hərbçilərin avtomobilinə hücum edilib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Silahlı şəxslər oktyabrın 14-də, çərşənbə günü Mehrestan şəhristanında İslam Respublikasının hərbi qüvvələrinə məxsus avtomobili atəşə tutublar. Hücum nəticəsində ən azı 1 hərbçi ölüb, daha 3 nəfər yaralanıb.

Hökumət mediası hücumu təsdiqləyib. Onlar ölən hərbçinin zabollu baş çavuş Məhəmmədəli Şəhriyari olduğunu açıqlayıblar.

Son günlərdə Sistan və Bəlucistan əyalətinin müxtəlif yerlərində daha bir neçə silahlı toqquşma baş verib. Zahidan, Saravan, İranşəhr, Rask, Çabahar, Taftan və Kurin bu ərazilər sırasındadır.