ArazNews
Ana Səhifə / Azərbaycan / Urmiya gölünə yeni həyat: Gölün sahəsi dörd dəfə artıb, lakin böhran hələ bitməyib
Azərbaycan

Urmiya gölünə yeni həyat: Gölün sahəsi dörd dəfə artıb, lakin böhran hələ bitməyib

Urmiya gölünə yeni həyat: Gölün sahəsi dörd dəfə artıb, lakin böhran hələ bitməyib

ISNA-nın xəbərinə görə, Urmiya gölünün sahəsi bir il ərzində dörd dəfədən çox artıb. Lakin məsul şəxslər gölün hələ də ekoloji səviyyəsindən xeyli uzaq olduğunu vurğulayırlar.

Urmiya gölü böhranı son illərdə Azərbaycanın ən mühüm ekoloji tələblərindən biri olub. Azərbaycanlı fəallar illər boyu İslam Respublikasının su siyasətini, bənd tikintisini və su ehtiyatlarının idarə olunmasını gölün qurumasının əsas səbəbləri hesab edib və bu prosesi qəsdən qurutma kimi qiymətləndiriblər.

Urmiya gölünün müdafiəsi üçün keçirilən etiraz aksiyaları və xalq toplantıları da müxtəlif dövrlərdə azərbaycanlı fəalların həbs olunması və təhlükəsizlik orqanlarının sərt müdaxiləsi ilə qarşılaşıb. Bu da gölün bərpasının ekoloji tələb olmaqla yanaşı, Cənubi Azərbaycanda sosial və siyasi məsələyə çevrilməsinə səbəb olub.