ArazNews
Ana Səhifə / İran / Vahidi polisin fəaliyyətini tərifləyib, onu xalq dəstəyinə malik qurum adlandırıb
İran

Vahidi polisin fəaliyyətini tərifləyib, onu xalq dəstəyinə malik qurum adlandırıb

Vahidi polisin fəaliyyətini tərifləyib, onu xalq dəstəyinə malik qurum adlandırıb

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi Hüquq-mühafizə qüvvələri həftəsi münasibətilə yaydığı mesajda İslam Respublikasının Hüquq-Mühafizə Komandanlığının (FARACA) fəaliyyətini tərifləyib və bu qurumun «xalq dəstəyinə» söykəndiyini iddia edib.

Vahidi FARACA-nın komandanı Əhmədrza Radana ünvanladığı mesajında bu qurumu «qüdrətli, ağıllı və peşəkar» kimi səciyyələndirib. O, hüquq-mühafizə qüvvələrinin digər hərbi və təhlükəsizlik qurumları ilə əməkdaşlıq edərək İranda «təhlükəsizliyi və ictimai sakitliyi» bərqərar edə bildiyini iddia edib.

O, həmçinin «quldurlar, qaçaqmalçılar, iqtisadi cinayətkarlar, asayişi və təhlükəsizliyi pozanlar» adlandırdığı şəxslərə qarşı mübarizədə FARACA-nın fəaliyyətini təqdir edib. Mesajının digər hissəsində isə polis qüvvələrinin son müharibələrdəki roluna toxunub.