İran mətbuatı Prezident Administrasiyasına istinadən bildirib ki, ABŞ Məsud Pezeşkianın Nyu-Yorka səfəri zamanı onu müşayiət edəcək media qrupuna viza verməkdən imtina edib.
İran Prezident Administrasiyasının məlumatına görə, bu qurumun İctimaiyyətlə Əlaqələr baş idarəsinin rəhbəri Həbibullah Abbasi şənbə günü, 30 şəhrivərdə (30 sentyabr) Vaşinqtonu viza verilməsində "əngəlləmə"də ittiham edib. ABŞ hökuməti bu barədə hələ heç bir izahat verməyib.
Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün çərşənbə axşamı Nyu-Yorka yola düşməsi və çərşənbə günü bu iclasda çıxış etməsi gözlənilir.
Pezeşkianın dəftərinin rəisi Möhsün Haci-Mirzai və Prezident Administrasiyasının mərasim və protokol üzrə müavini Abbas Musəvi bu səfərdə müşayiət edəcək şəxslər arasında adı çəkilənlərdəndir.