ArazNews
Ana Səhifə / Dünya / İlham Əliyev: Türk Dövlətləri Təşkilatı yüksək beynəlxalq nüfuza malikdir
Dünya

İlham Əliyev: Türk Dövlətləri Təşkilatı yüksək beynəlxalq nüfuza malikdir

İlham Əliyev: Türk Dövlətləri Təşkilatı yüksək beynəlxalq nüfuza malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı, 17 sentyabr tarixində Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yüksək təhlükəsizlik məsul şəxsləri ilə görüşündə bu təşkilatı yüksək beynəlxalq nüfuza malik bir qurum kimi səciyyələndirib.

Əliyev təşkilatın fəaliyyət sahələrinin genişliyinə diqqət çəkərək, onun müxtəlif iclaslarında qaldırılan məsələlərin beynəlxalq gündəlik, qlobal təhlükəsizlik, çoxmədəniyyətlilik, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi mövzuları əhatə etdiyini bildirib.

Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, eləcə də Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın təhlükəsizlik məsulları, habelə Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndəsi iştirak edib. Bu görüş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin beşinci iclası ilə eyni vaxta təsadüf edib.