ArazNews
Ana Səhifə / Dünya / TankerTrekers: Səudiyyə Ərəbistanının neft ixracı artır; Hörmüz boğazından SENTKOM-un mühafizəsi ilə keçid
Dünya

TankerTrekers: Səudiyyə Ərəbistanının neft ixracı artır; Hörmüz boğazından SENTKOM-un mühafizəsi ilə keçid

TankerTrekers: Səudiyyə Ərəbistanının neft ixracı artır; Hörmüz boğazından SENTKOM-un mühafizəsi ilə keçid

Tankerləri izləyən "TankerTrekers" şirkəti bildirib ki, son iki həftə ərzində Səudiyyə Ərəbistanının xam neft ixracı artım tendensiyası göstərib; bu zaman ölkənin boru kəməri vasitəsilə neft ötürülməsində problemlər yaranıb.

"TankerTrekers"in məlumatına görə, Səudiyyə Ərəbistanının şərqindəki iri terminallardan yüklənmənin əhəmiyyətli dərəcədə artması ölkənin ixracının böyüməsinə kömək edib. Şirkətin sözlərinə görə, bu terminallardan olan neft yükləri ABŞ ordusunun Mərkəzi Komandanlığının (SENTKOM) mühafizəsi altında Hörmüz boğazından keçir.

"TankerTrekers" həmçinin proqnozlaşdırıb ki, Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki terminalları bu müddət ərzində ehtimal ki, ehtiyat anbarlarında olan neftdən istifadə edərək ixracı davam etdirəcək. Şirkət vurğulayıb ki, Səudiyyə Ərəbistanının bundan əvvəl də belə şəraiti idarə etmək təcrübəsi olub.