Beynəlxalq Atom Enerjisi Agentliyinin Qubernatorlar Şurası qəbul etdiyi qətnamə ilə İran rejiminin təhlükəsizlik öhdəliklərinə əməl etməməsi məsələsini BMT Təhlükəsizlik Şurasına ötürdü.
Associated Press-in məlumatına görə, bu qətnamə ABŞ, Britaniya, Fransa və Almaniyanın təklifi ilə 23 lehinə səslə qəbul edilib. Çin, Rusiya və Niger əleyhinə səs verib. Tehranın açıqlanmamış yerlərdəki uran izlərinə dair araşdırmalarda əməkdaşlıq etməməsi bu qərarın səbəbləri arasında qeyd olunub.
Agentliyin baş direktoru Rafael Qrossi daha əvvəl bildirmişdi ki, təşkilat son hesabat dövründə İranın bəyan edilmiş nüvə materialları və qurğularının vəziyyəti barədə lazımi məlumatları əldə edə bilməyib və onları yoxlamaq üçün həmin yerlərə giriş imkanı da olmayıb. O, Tehrandan təhlükəsizlik öhdəliklərinin yerinə yetirilməsi üçün təcili əməkdaşlıq tələb edib.