Çin Dövlət Başçısı Si Cinpin Misirə rəsmi səfəri çərçivəsində Yaxın Şərq ölkələrini "xarici müdaxiləyə" qarşı çıxmağa və region üçün yeni bir təhlükəsizlik quruluşunun yaradılmasını qiymətləndirməyə çağırıb. Bu, onun son dörd ildə Yaxın Şərqə etdiyi ilk səfərdir.
Araz Newsun Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Si, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə region ölkələrinin "öz taleyinin sahibi" olmalı olduğunu deyib və Çinin beynəlxalq gəmi yollarının qorunması üçün əməkdaşlığa hazır olduğunu bildirib.
İki ölkə eyni zamanda ikitərəfli əməkdaşlığın genişləndirilməsi, terrorizmə qarşı mübarizə, yarımkeçiricilər, vacib mineral xammal və ticarətdə milli valyutalardan daha çox istifadə edilməsi barədə razılığa gəliblər.