Cənubi Koreya Hörmüz boğazının təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün bölgəyə bir heyət göndərib. Bu addım Seulun ABŞ-ın dəstəklədiyi missiyada hərbi iştirakının araşdırılmasının daha ciddi mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir.
Yonhap agentliyi Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən bildirib ki, bu heyət keçən həftəsonu Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb ki, bölgənin siyasi və təhlükəsizlik şəraitini araşdırsın və geri qayıtdıqdan sonra əldə etdiyi nəticələri Milli Təhlükəsizlik Şurasına təqdim etsin.
Cənubi Koreyanın Müdafiə Nazirliyi vurğulayıb ki, bu heyətin göndərilməsi özlüyündə qüvvə göndərilməsi barədə qəti qərar demək deyil və təhlükəsizlik mülahizələrinə görə heyətin dəqiq yerləşdiyi məkanı açıqlamayıb.
İran rejimi də bazar ertəsi xəbərdarlıq edib ki, Cənubi Koreyanın körfəzdə hər hansı hərbi iştirakının "ciddi nəticələri" olacaq.